ayon sakinlərinin saytımıza verdiyi məlumata görə, Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb.Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.Məlumata görə,hadisə baş verən günü Aysel Orucova Sabunçu rayonu Pirşağa qəsəbəsində yerləşən "Qala Klub" deyilən məkanda tanışı Nəriman Əliyevlə birgə əyləndikdən sonra "Osqar" adlı otelə gedib.İlkin versiyaya görə,hadisə tamah məqsədi ilə törədilib.Bir uşaq anası olan Aysel Orucova Ucar rayonu,Qaradağlı kəndində dəfn olunub.(Femida.az)
16:00
Dünən Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə 21 yaşlı qızın öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.
Mynews.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucovanın tanışı, 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.
Bildirilir ki, əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar dünən Fatmayıdakı yerdə görüşüblər. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib. N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib. Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə çoxsaylı zərbələr endirərək onu öldürüb.
Hadisədən sonra sakitcə oteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
.jpg)
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub