Rusiyanın Sankt-Peterburq şəhərinin Admiralteysk rayonunun 2-ci polis bölməsinə bu il avqustun 28-də “Zolotoy” zərgərlik mağazasını qarət edən, Primorsk qəsəbəsində qeydiyyatda olan 30 yaşlı azərbaycanlı gəlib.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, Asiya görünüşlü saqqallı kişi mağazaya daxil olub və buradan zinət əşyaları oğurlayıb.
Oğurlanan malların ümumi dəyəri 110 min rubl (1660 - red.) təşkil edib.
Keçən qısa müddət ərzində azərbaycanlı oğurladığı malları satıb, əldə olunan pulları isə xərcləyib və hadisədən bir ay sonra polis bölməsinə gəlib.
Qeyd edilib ki, kişi əvvəllər məhkum edilməyib.