Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub.
Mynews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb.
Qəzaya səbəb “Mercedes-Benz” minik avtomobili ilə “Hyundai” markalı yük furqonu və “İveco” yük maşınının toqquşması olub.
Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları Quliyeva İradə İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır.
Qeyd edək ki, ailə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər.
Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub.
Rusiya mediası qəza yerindən çəkilən fotolar və video yayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub