Zərdabda 19 yaşlı Aynaz Hacıyevanın evdən qaçmasının bəzi təfərrüatları məlum olub.
Mynews.az xəbər verir ki, Aynaz Hacıyevanın qayınanası Səmsiyyə Hacıyeva AzNews.az-a gəlininin evdən getməsində onun anasını günahlandırıb:
"Aynazın anası 15 gün bizdə qonaq qaldı. Axşam yedik-icdik, hərə öz otağına getdi. Səhərə yaxın həyətə düşmüşdüm, baxdım ki, qapı aralıdı. İçəri girəndə gördüm ki, nə gəlin var, nə də uşaq. Çıxıb gediblər. Biz də lazımı orqanlara məlumat verdik. Aynazın anasının telefonuna zəng edirik, hər dəfə bir bəhanə gətirir. Gah Salyanda, gah da başqa rayonda olduğunu deyir. Gəlinimlə aramızda heç bir problem olmayıb. Oğlumla da münasibəti yaxşıdır. Sadəcə, anası burda qaldığı müddətdə başını yedi. Gəlinimi təcili tapmalıyam. Ondan narahatam. Bu dünyanın hər üzü var, hər cür adam var. Təsirə düşməsini istəmirəm. Aynazın əri hərbi xidmətdədir, ayda bir dəfə onu oğlumun yanına aparıb görüşdürürəm”.
Qeyd edək ki, Zərdab rayonunda 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də üç aylıq qızı ilə birlikdə evdən gedib.
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub