Astara şəhər sakini C.Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək pullarını çıxarmağı xahiş ediblər.
Həmin şəxs isə “kartda pul yoxdur”, - deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pullarını çıxararaq mənimsəyib.
Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib. O saxlanılaraq şübhəli şəxs qismində RPŞ-yə gətirilib. Araşdırma zamanı İ.Hüseynov avqust-sentyabr aylarında daha 2 rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub