Astara rayonunda bir ailənin 4 üzvü qəzaya düşüb.
Mynews.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Astara rayonunun Ərçivan kəndi ərazisində baş verib.
Belə ki, sürücü 1984-cü il təvəllüdlü, Bakı şəhəri Nizami rayon sakini Şirinov Çingiz Cavanşir oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı avtomobildə sürücünün ailə üzvləri də olub.
Qəza nəticəsində sərnişin, sürücünün atası olan 1956-cı il təvəllüdlü Şirinov Cavanşir Əli oğlu baş nahiyəsindən ciddi xəsarət alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub