Binəqədi rayonunda gecə saatlarında əhalinin dincliyini pozan, piyadalar üçün təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən bir qrup sürücü Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların bir neçəsi 6-cı mikrorayon, Cavadxan küçəsində yerləşən parkın, digərləri həmin əraziyə yaxın küçələrdə aşkarlanaraq inzibati məsuliyyətə cəlb ediliblər.
DİN-in mətbuat xidmətindən Mynews.az-a daxil olan məlumata görə, saxlanılan "Porsche" və “Niva” markalı avtomobillərdən qadağan olunmuş səs siqnalları, kustar üsulla hazırlanan tünd pərdələr aşkarlanıb. Həmçinin "Niva" markalı avtomobillərin yük yerlərindən nəqliyyat vasitələrinin ön hissələrinin yuxarı qalxması üçün istifadə edilən qum kisələri də aşkar edilib.
Qeyd edək ki, avtoxuliqanlıq edən sürücülər barəsində Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsində toplanan meteriallar qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib.
Bundan əlavə, Binəqədi rayon ərazisində yükdaşıma qaydalarını pozan, istismar müddətini başa vurmuş, həmçinin yükləri açıq şəkildə təhlükəli vəziyyətdə daşıyan 20-ə yaxın yük maşını da cərimə meydançasına yerləşdirilib. Araşdırma zamanı yük maşınlarını idarə edən şəxslərdən birinin sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırıldığı da məlum olub.
“Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər də aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Binəqədi, eləcə də paytaxtın digər rayonlarında da analoji tədbirlər bundan sonra da davam etdiriləcək”, - DİN-in məlumatında bildirilib.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub