Tanınmış idmançı məhkəmə işi ilə bağlı prezidentə müraciət edib
![](https://img.mynews.az/news/2018/09/photo_53696.jpg)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nərgiz Fərəcovanın vəkili Gülşən Salmanovaçıxış edib.
O, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını qeyd edib və ona bəraət istəyib.
Məhkəmədə bildirilib ki, F. Əzizova prezident İlham Əliyevə ərizə ilə müraciət edib. Ərizədə xahiş olunur ki, işə ədalətli baxılması təmin edilsin və dəymiş ziyan ödənilsin.
Prosesdə iştirak edən F. Əzizova bildirib ki, oğurluq edilən mənzil olan prezident İlham Əliyev tərəfindən 2013-cü ildə hədiyyə edilmişdi: "Bu adamlar bunu bilə-bilə yenə də həmin evdən oğurluq ediblər. Mən xahiş edirəm ki, bu şəxslərə layiqli cəza verilsin".
Proses oktyabrın 3-də davam etdiriləcək
Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
N.İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.
Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.
Hadisə
- Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı
- Ülvi və Fatimə qəzaya düşdü
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB)
- 10-cu sinif şagirdi vəfat etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI 1189 dəfə oxunub
- “Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq 1148 dəfə oxunub
- Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə - Yalnız bu halda müəllim işləyə bilərlər 1117 dəfə oxunub
- Məşhur aparıcının anası dənizdə boğuldu - VİDEO - FOTO 1095 dəfə oxunub
- İldırım vuran 2 uşaq belə xilas edildi 968 dəfə oxunub