Tanınmış gənc yazar, ədəbiyyat cameəsində Mövlud Mövlud imzası ilə tanınan Mövlud Abdullayev bu gecə intihar edib.
Mynews.az xəbər verir ki, yazarın həyat yoldaşı, jurnalist Sevinc Fədai Modem.az-a açıqlamasında sarsıntı içərisində “məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm” söyləyib.
Mövlud Mövlud intihar edərkən həyat yoldaşı evdə olmayıb, bu barədə Ölkə.az-a onun həyat yoldaşı Sevinc Fədai məlumat verib.
Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.
M.Abdullayev hadisə yerində dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Mövlud Abdullayev və Sevinc Fədai cütlüyünün bir azyaşlı uşağı var.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub