İşgəncələrə qarşı Azərbaycan Komitəsi Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.
Mynews.az xəbər verir ki, komitə sədri Tural Hüseynovun Trend-ə verdiyi məlumata görə, araşdırma zamanı polis şöbəsində dünyasını dəyişənElmir Axundovun bir gün əvvəl rayonda “Polisə İctimai Dəstək” üzvü ilə dalaşdığı məlum olub:
“E.Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E.Axundovla bağlı polisə şikayət edib. Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan E.Axundov özünü pis hiss edib, dərhal xəstəxanaya aparılıb və xəstəxanada dünyasını dəyişib. E.Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.
Komitə sədri deyib ki, E.Axundov əvvəllər üç dəfə məhkum olunub.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub