Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı kitab”a düşmüş şahin quşunu ovlayan üç şəxsi saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, onlardan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, dörd göyərçin quşu və bir qanadı zədələnmiş şahin quşu götürülüb.
Ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və iki nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib.
Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək, ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub.
Digər iki nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub.
Qanadı zədələnmiş şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub