Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mynews.az-a verilən məlumata görə, sentyabrın 26-da Balakən RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Mahamalar kənd sakini Zaur Mamedov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilərkən 1kq 760 qr qurudulmuş marixuana, bundan başqa rayonun Tülü kəndindəki kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi çəkisi 20 kq olan 4 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub