Leninqrad vilayətinin Vıborq rayonunda Peterburqdan Finlandiya istiqamətində hərəkət edən turist avtobusu aşıb. İlkin məlumata görə, üç nəfər ölüb, 20 nəfər isə yaralanıb. Qəzaya mümkün səbəb kimi sürüşkən yol göstərilib.
Mynews.az BBC-yə istinadən xəbər verir.
Qəza “Skandinaviya” avtomobil yolunun 16-cı km-də saat 08:55 (Bakı vaxtı ilə 09:55) baş verib, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
“Avtobusda 31 sərnişin olub. Qəza nəticəsində üç nəfər ölüb, 11 nəfər xəsarət alıb”, - agentliyin həmsöhbəti bildirib.
Regional DYHTİ-nin (Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İnspektorluğu) mətbuat xidmətinin məlumatında avtobusda 32 nəfərin olduğu bildirilib.
“İlkin məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”, - DYKTİ-dən bildirilib.
“İnterfaks”ın xüsusi xidmətlərdə olan mənbəyi avtobusda olan sərnişinlərin hamısının Rusiya vətəndaşı olduğunu dəqiqləşdirib. (Oxu.Az )
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub