Xəbər verildiyi kimi, gənc yazar Mövlud intihar edib. O, özünə qıymazdan əvvəl ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə gəlib. Qonşuların dediyinə görə, Mövlud uzun müddət imiş ki, tək yaşayırmış. Həmin gün də evə tək gəlib.
Mynews.az Müsavat.com-a istinadən xəbər verir ki, yaşadığı mənzilin qapısına iki ürək şəkili vuran gənc yazar daha sonra yaxınlıqdakı 17 mərtəbəli binaya gedib.
Binanın mühafizə xidmətində çalışan şəxslər deyir ki, həmin saatda binaya girən şəxsi görməyiblər. Ancaq saat 2 radələrində binanın yuxarı mərtəbələrindən birindən yerə nəsə düşdüyünü görüblər. Binanın qarşısına yaxınlaşadıqdan sonra hadisənin intihar olduğunu biliblər.
Mərhumun meyiti hadisə yerindən aparılarkən cibindən düşən bəzi əşyaları orada qalıb.
Gənc yazarın kirayədə yaşadığı mənzilinin açarı, xırda pul əsginasları və alışqanı hadisə yerində qalıb. Mühafizəçilər həmin əşyaları aidiyyəti üzrə təhvil vermək üçün saxladıqlarını deyirlər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub