Paytaxtın Yasamal rayonu ərazisində azyaşlı uşağın mobil telefonunun əlindən alınması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.
DİN-dən Mynews.az-a verilən məlumata görə, dərhal Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər.
Müəyyən edilib ki, naməlum şəxs Abşeron rayon sakini O.Kərimlinin Zərdabi küçəsində saxladığı “Mercedes” markalı avtomobilində olan azyaşlı oğluna zor tətbiq edərək mobil telefonunu alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Kamil Məmmədov olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub