Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfər Bakıya gətirilib.
Mynews.az-ın məlumatın görə, xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Mərkəzin baş həkimi Şöhrət Məmmədov məlumatı Oxu.Az-a təsdiq edib.
Onun sözlərinə görə, xəstələrin vəziyyəti stabil ağır olaraq qalır:
“Reanimasiya şöbəsində müalicə alırlar. Hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin üçüncü və dördüncü dərəcəli yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilənlər Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğludur. ”.
Baş həkim deyib ki, xəstələrdən birinin bədən səthinin 45, digərinin isə 25 faizi yanıb”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub