Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, reydlər zamanı Biləsuvar rayonunun Platina, Saatlı rayonunun Muğan ərazilərində, Uludüz və Ağzıbir Ovçuluq təsərrüfatlarında icazəsiz ova cəhd edən Cəlilabad rayon sakinləri Səfər Əhədov, Çingiz Əliyev, Qətər vətəndaşı Mohammed Khalaf Kaabi, Şamaxı rayon sakini Şahin Məmmədov, Siyəzən rayon sakini Fərid Vəliyev və Sumqayıt şəhər sakini Emil Əliyev saxlanılıb.
Onlardan altı ov tüfəngi götürülüb.
Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub