Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Moskva bölməsi üzrə əməliyyatçısı Petr Koryuqin, Daxili İşlər Nazirliyinin Lyublino rayonu üzrə bölməsinin cinayət axtarış idarəsi üzrə rəisi Pavel Filatov və həmin bölmənin əməkdaşı Pavel Drozdov Azərbaycan əsilli Yusif Xalilayevin avtomobilinə narkotik maddə atmaqda ittiham olunub.
Mynews.az “Kommersant”a istinadla xəbər verir ki, cinayət hadisəsi 2017-ci ilin yazında baş verib.
Həmin vaxt paytaxtın “Sadovod” bazarında işləyən azərbaycanlı Rəşad Əsədov həmin bazarda çalışan həmyerlisi Xalilayevdən intiqam almaq qərarına gəlib.
Koryuqinin hazırladığı plana əsasən, satıcının rəfiqəsi Yanina Helyabovskaya Xalilayevin avtomobilinə narkotik atmalı, Filatov və Drozdov isə onu saxlamalı idilər. Plan işə yarayıb, ancaq Xalilayev polislərə “azadlığa çıxması” üçün tələb olunan iki milyon rubldan yalnız 500 min rubl verə bilib. Azadlığa buraxıldıqdan sonra iş adamı şəxsi təhlükəsizliyi üçün Moskva DİN-in baş idarəsinə müraciət edib.
Tezliklə cinayət hadisəsinin bütün iştirakçıları həbs edilib. Onlara və cinayətkar qruplaşmanın digər üzvlərinə qarşı rüşvət alma, dələduzluq, vəzifədən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub