Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qatarda bələdçi işləyən İsmayıl Hüseynov şahid qismində ifadə verib.
Şahid altı ildir qatarda bələdçi işlədiyini deyib.
O deyib ki, hadisə günü “Qoca” ləqəbli Etibar Məmədov, Əli Ağami və Fədayə Laçın onun şəxsi kabinetində olublar:
“Mən Fədayə Laçını iki dəfə qatarda görmüşəm. Məni otağımda yatmağa qoymadılar, çünki həmin müddətdə orada mübahisə düşmüşdü. Gedib əsgərlərin otağında yatmışdım. 10 saat yatdım, sonra xidməti otağıma gələndə gördüm ki, pəncərə açıqdır. Həmin vaxt artıq dustaqlar qaçmışdı. Bu barədə dərhal qarovul rəisinə məlumat verdim”.
Şahidin ifadəsi ibtidai istintaqla ziddiyyət təşkil etdiyinə görə elan edilib.
İfadədə göstərilib ki, təqsirləndirilən şəxslərlə yaxınları arasında qatarda görüş təşkil olunub.
“Görüşlər mənim xidməti otağımda keçirilirdi. Fədayə Laçın da mənim xidməti otağımda “Qoca” ləqəbli Etibarla görüşüb. Həmin vaxt Əli Ağami də onlarla birlikdə idi. Eyni zamanda, Etibarla Əli Ağamiyə yaxşı şərait yaradılmışdı”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub