Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Baş Prokurorluğunun mətbuat xidmətləri Qızılağac Dövlət Təbiət Qoruğunda iki nəfərin güllələnməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Mynews.az-ın məlumatına görə, oktyabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunda qoruq əməkdaşlarının reyd zamanı ərazidə qanunsuz ov edən şəxs tərəfindən ov silahı ilə atəş açılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə daxil olmuş material Masallı rayon Prokurorluğunda araşdırılıb.
Araşdırmalarla qeyd edilən tarixdə, saat 02:00 radələrində qoruq ərazisində qanunsuz ov edən rayon sakini İlqar Səmədovun qoruğun mühafizəçiləri Böyükkişi Qaraşov və Ariz Cəfərovun qanuni göstərişlərinə məhəl qoymayıb məsuliyyətdən yaxa qurtarmaq məqsədilə ov tüfəngindən iki dəfə atəş açıb, müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər istintaq hərəkətləri aparılıb. İ.Səmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub