“Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Mynews.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
“Sumqayıt” Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir.
Xatırladaq ki, hadisə oktyabrın 2-si, saat 10:00 radələrində baş verib.
Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakiniFəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub.
Nəticədə, onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub