Gömrükçülər narkotik vasitə və silah-sursatın gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Mynews.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan gələn Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Ford Mondeo” markalı minik avtomobilinə baxış keçirilib.
Yoxlama zamanı öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində bor ədəd kabura ilə birlikdə bıçaq və bor ədəd “Kenwood” markalı, LB-75L model ratsiya aşkar olunub. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə-marixuana aşkar edilib.
Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində “Maqnum; патрон 9 mm травматический” markalanma yazısı olan 23 ədəd patron və bir ədəd tapança tapılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub