Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, faktl üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Baş prokurorun təqdimatı əsasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub. Hazırda həmin müəssisədə müvafiq yoxlamalar aparılır.
E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb. (Report)
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub