Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən S. İ. və Ş. A. cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mynews.az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O deyib ki, təqsirləndirilən şəxslərin cinayəti məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Prokuror Ş.A.-nın 9 il, S.İsmayılzadənin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Rzayeva (ad və soyad şərtidir) “Instagram” sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İ. və qohumu Ş.A. zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.
İttihama görə, həmin şəxslər qadından, ümumilikdə, 13 min manata yaxın pul alıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub