Bu gün 18:00 radələrində Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib.
Mynews.az Azvision.az-a istinadən xəbər verir ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi dünyasını dəyişib.
Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub.
26 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin Teymur adlı idman müəllimi evə gedərkən qohumu Məmmədağa Zeynalovun halsız olduğunu görüb və onu özü ilə birlikdə məktəbə gətirib:
“Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib. Teymur müəllim hadisə zamanı ona ilkin tibbi yardım göstərmək istəyib. Poliklinikada çalışan yoldaşına zəng edib. Uşağa dərhal ilkin yardım göstərilib. Təəssüf ki, təcili tibbi yardım gələnədək uşaq vəfat edib".
Məlumatda qeyd edilib ki, dünyasını dəyişən şagird Xəzər rayonu 125 nömrəli məktəbdə oxuyub. O, 26 nömrəli məktəbdə dərs deyən idman müəlliminin xalası nəvəsidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub