Tovuzda yeznəsini benzin töküb yandıran şəxs saxlanılıb.
Bu barədə Mynews.az-a Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, faktla bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəcəsində hadisəni törədən Ələkbərov Vüqar İman oğlu saxlanılaraq Tovuz rayon Prokurorluğuna təhvil verilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb.
Xatırladaq ki, hadisə oktyabrın 4-də gecə saat 1 radələrində rayonun Qovlar qəsəbəsində baş verib.
Qəsəbə sakini, Ələkbərov Vüqar İman oğlu bacısının əri, 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurub.
Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən hadisə E.Ələkbərovun ailəli olduğu halda başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib. Gecə saat 1 radələrində V.Ələkbərov E.Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu bildirib. Nəticədə qayın və yeznə arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub