Bakıda xadimə işləyən qadın lift şaxtasında faciəvi şəkildə ölüb. Dəhşətli hadisənin görüntüsü binanın təhlükəsizlik kamerasına düşüb.
Mynews.az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, hadisə ötən gün günorta saatlarında, paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 44a ünvanında baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Şaxtada dünyasını dəyişən qadının meyiti çətinliklə də olsa, oradan çıxarılıb. Nəsimi rayon prokurorluğunun əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən qadın 37 yaşlı Mahirə Yusifova olub.
Araşdırma zamanı məlum olub ki, səhər saatlarında binanın liftində nasazlıq yaranıb. Binaya nəzarət edən komendant Sultanməcid Əzizov usta çağıraraq lifti təmir etdirmək istəyib.
Hadisədən sonra binanın komendantı və usta Nəsimi rayon prokurorluğuna aparılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub