Bakıda tikinti şirkətinin rəhbərinə qarşı dələduzluqda təqsirli bilinən Aqşin Mirzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Aqşin Mirzəyevin barəsində bəraət hökmünün çıxarılması barədə verilən apellyasiya şikayəti təmin olunmayıb.
Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Mirzəyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Aqşin Mirzəyev “Luxe” MMC-də rəhbər şəxslərdən biri olan Asif Bədəlova qarşı dələduzluq edib. Dövlət orqanları tərəfindən şirkətinin Nərimanov rayonunda tikdirdiyi hündürmərtəbəli binanın 17 və 18 mərtəbəsinin sökülməsi qərarı verilib. Amma Aqşin Mirzəyev Asif Bədəlova şəxsi əlaqələri vasitəsilə həmin söküntü ilə bağlı çıxarılan qərarı dəyişdirəcəyini vəd edib.
Bu aldatma yolu ilə o, Asif Bədəlovdan 100 min manat alıb. Lakin verdiyi vədə əməl etməyərək, pulu ələ keçirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub