Göygöldə fəhlələri daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralananların kimlikləri məlum olub.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb.
Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb.
Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfovyaralanıblar. Qəzaya uğrayan yük maşınının sürücüsü isə xəsarət almayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
10:10
Göygöldə baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.
İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində iki nəfər avtomobilin altında qalaraq ölüb. Daha iki nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub