Türkiyənin Marmaris ərazisində girdiyi zərgərlik dükanından 40 min dollar dəyərində brilyant üzüyü oğurlayıb və sonra onu udan irlandiyalı İan Kempl həbs olunub.
Mynews.az xəbər verir ki, birinci məhkəmə prosesindən sərbəst buraxılan İan hakimin etirazından sonra yenidən həbs edilib.
Bildirilir ki, tətil üçün Marmarisə gələn turist mağazaya girərək satın almaq bəhanəsi ilə üzüklərə və digər zinət əşyalarına baxıb, sonra isə üzüyü cibinə qoyaraq mağazadan qaçıb.
Mağaza sahibi polislərə xəbər verib. Polislərin gəldiyini görən Kempl üzüyü udub.
Üzük polislər tərəfindən yaxalanan turistin bədənindən tibbi yolla çıxarılıb. Sonra əcnəbi məhkəməyə gətirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub