2018-ci ildə suda boğulanların sayı açıqlanıb.
Mynews.az-ın məlumatına görə, Azərbaycanda bu il 203 nəfər suda boğulma təhlükəsi ilə üzləşib.
Onlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas edilib.
Bakı və Abşeron rayonu ərazisindən 188 nəfər, çaylardan yeddi, su anbarlarından isə səkkiz nəfər xilas edilib. Bu il nəzarətsiz ərazilərdə 68 nəfər suda boğulub. Onlardan 33 nəfəri Xəzər dənizində, 11 nəfəri süni göllərdə, 12 nəfəri çaylarda, beş nəfəri su anbarında, yeddisi su kanalında boğulub.
Qeyd edək ki, baş vermiş ölüm hadisələri nəzarətsiz ərazilərdə baş verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub