Ötən gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.
Mynews.az A24.az-a istinadən xəbər verir ki, bununla bağlı İTV-nin əməkdaşları hadisə yerində olub. Məktəbin direktor müavini kanal əməkdaşına bildirib ki, hadisə ilə əlaqədar uşaq və onun atası saxlanılıb.
“Həmin gözyaşardıcı qaz balonunu uşağa atası verib ki, kimsə sənə xəsarət yetirmək istəsə, özünü müdafiə edərsən. Şagird isə gözyaşardıcı qazı sinifdə uşaqlar arasında istifadə edib”, – deyə məktəb nümayəndəsi bildirib. Qeyd edək ki, məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub