Adanada 5 yaşlı uşağın "oğru-polis" oyunu oynayarkən pnevmatik tüfənglə atasını vuraraq öldürdüyü iddia olunan hadisə ilə bağlı şok detal üzə çıxıb.
Xatırladaq ki, Adanada 7 fevral tarixində axşam saatlarında Çukurova mahalı Yurd məhəlləsində iddiaya görə, oğru-polis oyunu oynayarkən Əhməd Esen (36), 5 yaşlı oğlu M.A. tərəfindən pnevmatik tüfənglə vurularaq öldürülmüşdü.
Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, hadisədən sonra Respublika Prokurorluğunun təlimatı ilə Adana Təhlükəsizlik İdarəsinin əməkdaşları istintaq başladıb. İstintaq çərçivəsində ana Fikriyə Figen Esen, ata Ahmet Esen və atanı öldürdüyü iddia edilən 5 yaşlı M.A.-nın əl izləri götürülüb.
Ana Fikriyə Figen Esen ifadəsi zamanı bunları bildirib:
"O gün axşam yoldaşım yataq otağında pnevmatik tüfəngi gətirdi, doldurub sildi. Bir güllə içindən çıxmadı. Həyat yoldaşım bir müddət onu çıxarmaqla məşğul oldu, daha sonra tüfəngi yerə qoydu. Həyat yoldaşım və oğlum bir müddət sora "oğru-polis" oyunu oynamağa başladı. Oğlum bir az oynadıqdan sonra tüfəngi götürmək istədiyini söylədi. Mən və qızım da tüfəngi oğluma verdik. Həyat yoldaşım telefonla danışırdı, oğlum da yoldaşıma "dur, polis" dedi. Yoldaşım əlini qaldırdı, mən tüfəngin qundağından tuturdum ki, birdən tüfəngdən atəş açıldı və yoldaşım vuruldu. Mən tətiyi basmadım. Yalnız tüfəngin qundağından tutmuşdum".
5 yaşlı M.A. isə ifadəsində tətiyi anasının basdığını deyib.
Polis mərhumun, həyat yoldaşının və 5 yaşlı oğlanlarının əl izləri ilə bağlı ekspert qrupunun cavabını açıqlayıb. Məlum olub ki, ana və uşaq nə silahı tutub, nə də atəş açıblar.
Ehtimallar Əhməd Esenin intihar etdiyinə yönəlib. (Milli.az)
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub