Artıq bir neçə gündür ki, Bakıda məktəbli uşaqların oğurlanması ilə bağlı silsilə xəbərlər yayılıb. Növbəti uşaq oğurluğuna cəhd isə Mingəçevir şəhərində baş verib. Mynews.az A24.az-a istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat verib. İddia edilir ki, azyaşlını adam oğrularının əlindən qardaşı xilas edib.
“Salam, hörmətli valideynlər. 08.10.2018 tarixində, uşaqlar dərsdən evə gedərkən Müəllimlər İnstitutunun qarşısında bir nəfər orta yaşlı kişi qəflətən uşağın əlindən tutub, məcbur dartıb aparmaq istəyib. Həmin vaxt qarşdaşı çantasından qələmi çıxararaq onun əlinə sancıb və uşağı onun əlindən alaraq qaçmışlar. Hətta yoldan keçən bir nəfər müdaxilə edərkən “mən bu uşağın atasıyam, onu tənbeh edirəm” ,-deyərək yoldan keçənlərin fikrini yayındırıb. Artıq bu barədə polisə xəbər verilib. Araşdırma aparılır. Bir valideyn olaraq xahiş edirəm, diqqətli olasınız”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub