USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Yazırlar ki, salonda işləyənlər pozğun olur" Sevgilisi ilə qarajda ölən Könülün anası

10:33 12.10.2018
"Yazırlar ki, salonda işləyənlər pozğun olur" Sevgilisi ilə qarajda ölən Könülün anası
10:33 12.10.2018

Mynews.az xəbər verir ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində, beş mərtəbəli binanın həyətindəki qarajda sevgilisi ilə birlikdə dünyasını dəyişən Könül Əhədovanın anası baş verən hadisənin təfərrüatları barədə a24.az-a müsahibə verib.

Gülnarə Əhədova qızı haqqında yazılan xəbərlərin əsassız olduğunu, yayılan şayiələrin isə onu çox hiddətləndirdiyini bildirib.

- Gülnarə xanım, həmin günü necə xatırlayırsınız?

- Avqustun 28-də, axşam saat 9-a işləmiş qızım dedi ki, Elvinlə görüşüb şəhərdə gəzəcəklər. Mən də icazə verdim. 12-yə işləmiş zəng etdim, dedi ki, yoldayam, gəlirəm. Sonra məni yuxu tutub, yatmışam. Oyananda gördüm ki, saat 2-yə işləyib. Durmadan Elvinə və Könülə zəng etdim. Onlarla əlaqə saxlamaq cəhdlərim boşa çıxdı. Qəfildən içimdə bir səs dedi ki, "onlar ölüblər".

Bacıma zəng etdim ki, bəs, Könüldən xəbər ala bilmirəm. Elvinlə bacımgil qonşudurlar. Bacım evə gedəndə görüb ki, həyətdə səs-küy var. Hər kəs "Elvin, Elvin!" deyə qışqırır. Bacım soruşub ki, "maşında qız da olub?" deyiblər ki, oğlanla bərabər bir qız da boğulub.

Onun ölüm xəbərini alanda, dünya başıma fırlandı. Mən onu min bir əziyyətlə böyütmüşdüm. Onu tanıyanlar bilir ki, o, çox yaxşı qız olub. Könül ən gec 11-ə işləmiş, uzağı 12-yə işləmiş evdə olub. Evə gec gələn hər qız pis deyil ki. Qızımın rəfiqələri belə olmayıb. O, heç vaxt evə gec gəlmirdi. Yayda hamı axşam saatlarında şəhərə gəzməyə çıxır, həyətə hava almağa düşür. Elvin onu çox qoruyurdu. Hər yerə onunla gedirdi. Könül sevgisinin qurbanı olub.

- Qızınızın sevdiyi insan olduğunu necə öyrəndiniz?

- Hər bir qızın sevməyə haqqı var. Qızımın 16 yaşı olanda Elvinlə tanış olublar. Bilirdim ki, Könülün sevdiyi insan var. Qızımla bu barədə söhbət etdim. O, məni Elvinlə tanış elədi. Həmin vaxt mən oğlanın nişanlı olduğunu bilmirdim.

Qışda Elvin mənə nişanlı olduğunu söylədi. Məndən elçilik üçün möhlət istədi. Qızım yalnız son iki ildə Elvinin nişanlı olduğunu bilmişdi. Dəfələrlə Elvindən ayrılmaq da istəmişdi. Lakin o, qızımı ayrılmağa qoymurdu, əl çəkmirdi ondan.

Elvin anasının yaxın rəfiqəsinin qızı ilə nişanlanmışdı. O, Könülə deyirdi ki, nişanlımı sevmirəm, işlərimi yoluna qoyum, sizə elçi göndərəcəyəm. Mənə də deyirdi ki, sizin qızınızı sevirəm, onunla ailə quracam. Oğlanın toyu olacağını biz bilmirdik. Elvin 9 il nişanlı olub. Mənim qızımla isə 5 illik sevgi münasibətləri vardı. Bilmədiyimiz səbəblərdən dolayı onların toyu olmayıb. Bunu anlaya bilmirəm. Qızım Elvinin telefonunda nişanlısının şəkilini görəndə, hər şey ortaya çıxmışdı. Könül ondan ayrılmağa çalışdı. Elvin isə "o mənə aiddir" deyib qızımdan ayrılmırdı. Könülə "səni heç kimə yar etməyəcəm" demişdi. Elvinin anası qızıma zəng etdi ki, "oğlumdan uzaq dur, nişanlısından soyuyur". Mən də onu çox danlamışdım ki, niyə nişanlı oğlanla danışırsan? Deyirdi ki, "Elvin nişanlısını sevmir, məni sevir".

- Deyilənlərə görə Könül salonda çalışırdı. Hətta hadisənin baş verdiyi avtomobil də Könülə məxsusdur. Bu barədə nə deyə bilərsiniz?

- Könül işləmirdi. Salonda dırnaqları qaynaq etməyi öyrənirdi. Yazırlar ki, salonda işləyənlər pozğun olur. Bu sözlər məni çox incidir. Könül hər zaman hara getsə, məndən icazə alırdı. Elvin onu özü aparıb, özü gətirirdi. Hadisə baş verən maşın mənim qızımın deyil. Yalan xəbərlər yazırlar. Maşın Elvinindir. Heç bir intim əlaqədən söhbət belə gedə bilməz. Bununla bağlı ekspertizanın rəyi də var.

Elvin maşından düşüb, sürünərək xilas olmağa çalışıb. Lakin huşunu itirib. Könül isə maşının arxa oturacağında dünyasını dəyişib. Deyirlər ki, guya mən qızımdan imtina etmişam. Elə bir şey olmayıb. Guya mənim qızımı Elvinin ailəsi dəfn edib. Xeyr! Qızıma rayonda 7 gün yas verilib. İnternetdə yayılan fotolardakı qaraj belə həmin qaraj deyil.

- Bəs ailələr arasında hər hansı münaqişə baş verib?

- Yox! Hətta cümə axşamlarında Elvinin yaxın qohumları da bizə gəldilər. Dedilər ki, kaş ki, belə olmazdı. Xalası dedi ki, Elvinə Könülü qaçırmağı məsləhət görmüşdüm.

- Qızınızın ölümündə kimi günahlandırırsınız?

- Elvinin anasını. İndi Elvinin anası deyir ki, kaş ki, alardım Könülü. Elvin ən istəkli oğlu idi. Onun anası mənim qızımın qatili oldu. O, iki gəncin həyatını məhv elədi. Ölənə kimi onu bağışlamayacam. Mənim qızımın qatili odur.

Könül mənim tək qızım idi. Mən onu hər zaman xoşbəxt görmək istəyirdim. Qızım deyirdi ki, Mən Elvindən başqasını sevə bilmərəm. Könül çox saf bir qız idi. Heç kimlə işi olmazdı. Ancaq gülərdi.

- Buradan qızınız haqqında mənfi fikirlər yazan insalara nə demək istərdiniz?

- Qızım haqqında mənfi fikirlər yazanlara səslənirəm: Bilmədiyiniz şeyləri danışmayın! Həyatdır, hər kəsin başına gələ bilər. Elə o cür rəy yazanların özləri düzgün insanlar deyil. Özünüzə gəlin! Heç kimin haqqına girməyin! Çox təəssüf ki, bu cür yazanların əksəriyyəti də elə qızlardır. Mənim yaralı yerimə toxunmasınlar.

- Könülün xalası qızı da insanları əsassız ittihamlarda günahlandırıb...

- İnsanlar gərək görmədikləri, bilmədikləri şeyləri danışmasınlar. Elvin Könülə çox dəyər verib. Bunu hər kəs bilirdi. Hər zaman Elvinin gözündə Könül, Könülün gözündə Elvin olub. Elvinin nişanlısından ayrılmamaq üçün səbəbləri olub. Könüllə Elvinbir-birlərini çox seviblər. Buna hər kəs şahiddir. Könül çox saf bir qız idi. Elvinin ailəsi, hər kəs bilir ki, Elvin Könülü çox sevirdi.

O, 9 ildir ki, nişanlı idi. Hər bir qız hiss edər ki, mənim nişanlım başqası ilə danışır və məni sevmir. Elvinin telefonu Könülün şəkilləri ilə dolu idi. Necə olur ki, bu qız bir dəfə də olsun, bundan şübhələnməyib? Hər gün Elvin Könülün yanında idi. 9 il necə nişanlı qalmaq olar? Qadın qüruru buna imkan verməz ki, nişanlısı başqasını sevə və bu cür münasibəti davam etdirəsən.

Onlar bizə yasa gələndə, Elvinin xalasıgil bizə mesajlar göstərdilər. Mesajlarda Elvin anasına yazmışdı ki, "Ana, buna son qoy. Mən o qızı semirəm. Məni bədbəxt edirsən". Elvinin anası bu məsələyə son qoymaq üçün Türkiyədən gəldi. Bilirdi ki, oğlu Könüldən ayrıla bilmir. Oğlanın anası qızgilə mesaj yazıb ki, hər şeyi aydınlaşdırmağın vaxtı gəlib: "Oğlum bu toyu istəmir".

Qız səsə qulaq asıb. Lakin cavab yazıb ki, səs silinib. Qulaq asa bilmədik. Elvinin nişanlı olduğu qız Könülü çox gözəl tanıyırdı. O, hər şeyi bilirdi. Sadəcə, göz yumurdu. O qızı heç vaxt Elvinin yanında görməmişdik.

Xatırladaq ki,avqustun 29-daBakının Yasamal rayonu Mirəli Seyidov küçəsində beş mərətəbəli binanının həyətindəki qarajda "Nissan" markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.


Xəbər lenti

300x200r