Astara rayon sakini dostu tərəfindən bıçaqlanıb.
Mynews.az report-a istiadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib.
Belə ki, həmin kəndin sakini 27 yaşlı Manafov Güləli Yusif oğlu həmkəndlisi Quliyev Şahmehdi Şöhrəddin oğlu tərəfindən bıçaqlanıb.
Yaralı qohumları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstənadan bildirilib ki, yaralı çoxlu qan itirdiyindən dərhal əməliyyata götürülüb:
"Bıçaqlanma nəticəsində xəsarət alan Güləli Quliyev döş qəfəsinin sağ nahiyəsindən vurulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra dərhal əməliyyat edilib".
Qohumları Şah ləqəbi ilə tanınan Şahmehdinin bir ay əvvəl cəzacəkmə müəssisəsindən azadlığa buraxıldığını bildirirlər. O, hadisə yerindən qaçıb.
Cinayəti törətməkdə təqsirli bilinən şəxsin axtarışları istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Hadisənin hansı səbəbdən baş verməsi Astara Rayon Polis Şöbəsində araşdırılır.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub