Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Mynews.az "Report"a istinadən məlumat verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fuad Hacıyevin vəkili vəsatətlə çıxış edib.
Vəkil bildirib ki, ibtidai istintaq zamanı şahid kimi dindirilən şəxslər istintaq başa çatandan sonra cinayət işi materiallarında şahid kimi göstərilməyib.
Müdafiəçi şahidlərin məhkəməyə çağırılmasını və dindirilməsini istəyib. Məhkəmədə məlum olub ki, həmin şəxslərin sayı 50 nəfərə yaxındır. Dövlət ittihamçısı isə məhkəmədən dindirilməsi istənilən 50-yə yaxın şəxsin istintaqdakı ifadəsi ilə tanış olmaq üçün vaxt istəyib.
Məhkəmənın növbəti prosesi oktyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub