Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Jalə Alməmmədovanın idarə etdiyi “Toyoto Prado” markalı avtomobil saxlanılıb.
DGK-dan Mynews.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə, J.Alməmmədova üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı “Toyoto Prado” markalı avtomobilin ön tarpedasının içindən və yük yerinin qapısının örtüyünün altından 20 ədəd üzərində “X-inova 360” yazısı olan, 24 ədəd üzərində “X-inova T210” yazısı olan, beş ədəd üzərində “X-inova 216” yazısı olan, 23 ədəd üzərində “ETEL-E6” yazısı olan, 21 ədəd üzərində “D-Horse” yazısı olan, 20 ədəd üzərində “Kgtel” yazısı olan, doqquz ədəd üzərində “odscn “X2-O2” yazısı olan, 15 ədəd üzərində “Etel-e1” yazısı olan, 15 ədəd üzərində “Rivoco-V6” yazısı olan, 15 ədəd üzərində “Rise-D600” yazısı olan, 15 ədəd üzərində “Rise-T10” yazısı olan, dörd ədəd üzərində “Kibosun” yazısı olan, 15 ədəd üzərində “B-oker” yazısı olan, dörd ədəd üzərində “odscn 6700”yazısı olan, altı ədəd üzərində “Kgtel-K349” yazısı olan, 21 ədəd üzərində “X-inova 1207T” yazısı olan, bir ədəd üzərində “ETEL-E10” yazısı olan, altı ədəd üzərində “X-PO-X6” yazısı olan, bir ədəd üzərində “kufly-k 2000” yazısı olan, ümumilikdə 240 ədəd mobil telefon və iki ədəd telefon qutusu aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub