Azərbaycanlı qadınları Rusiyada və Ukraynada cinsi istismara məruz qoyan 1977-ci il təvəllüdlü Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.
Mynews.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Məhkəmənin qərarı ilə Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “İnterpol” xətti ilə axtarışda olan Bakı şəhər sakini Elçin Heydərov bu ilin fevralında Ukraynada tutulub. Onun barəsində məhkəmə araşdırması aparılandan sonra bu günlərdə Azərbaycana göndərilib.
Elçin Heydərovun barəsində 2017-ci ildə axtarış elan edilib.
Məlum olub ki, o, mütəşəkkil dəstənin tərkibində Azərbaycan vətəndaşı olan qadınları Rusiya və Ukraynaya aparmağı təşkil edib. Orada mütəşəkkil dəstənin üzvləri ilə birlikdə həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə ediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub