Oktyabrın 12-də Bakıda, Mircəlal küçəsi 16 ünvanında körpə qız uşağı tapılıb.
Mynews.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin Sığınacağının koordinatoru Vasif Akifli bildirib.
Onun sözlərinə görə, hadisə səhər saat 05:00 radələrində baş verib:
“Ərazidə yaşayan vətəndaş küçədə itlərin hürüşməsini və bu zaman uşaq ağlaması səsi eşidib. Oraya gələn zaman uşağın itlərin əhatəsində qaldığını görüb və onu xilas edib. Azyaşlı Nəsimi rayon Polis Bölməsinə gətirib. O Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib”.
Vasif Akifli bildirib ki, uşağın kimliyi məlumdur:
“Onun ailəsini tapmaq üçün Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına müraciət edilib. Ailəsi tapılıb və uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın iki yaşlı Lalə olduğu məlum olub.
Ailə bildirdi ki, uşaq oğurlanıb, bununla bağlı polisə müraciət ediblər. Amma uşağın qəyyumu olan anası ortalıqda yoxdur. Onun Laləni dünyaya gətirən zaman psixoloji problem yaşadığı və müalicə aldığı bildirilir. Biz uşağın oğurlanmasına inanmırıq. Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları da iş aparır”.
Sığınacağın koordinatoru qeyd edib ki, hazırda uşağın vəziyyəti stabildir.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub