Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V.İbrahimov səkkiz il, E.Şirinov altı il altı ay, V.Həsənov üç il, Y.İsmayılov isə iki il müddətinə azadlıqdan məhrum ediliblər.
İttiham aktına əsasən, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər.
Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla, ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıb.
Daha sonra həbs edilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmədə elan olunmuş ittiham üzrə V.İbrahimovla E.Şirinov özlərini qismən, digər iki şəxs - V.Həsənovla Y.İsmayılov isə özlərini təqsirli bildiklərini deyib.
Xatırladaq ki, A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə “Aqrolizinq” ASC-yə sədr təyin edilib.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub