USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Meyit Sabirabadda, silah isə Hacıqabulda tapıldı YENİ FAKT

13:40 19.10.2018
Meyit Sabirabadda, silah isə Hacıqabulda tapıldı YENİ FAKT
13:40 19.10.2018

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilmişdi.

DİN-dən Mynews.az-a verilən xəbərə görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş “TOZ-12” markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbər lenti