"Axırıncı dəfə 50 manat borc istəmişdi..." İntihar edən Mövludla bağlı bu sözlər ÜRƏK PARÇALADI

1347
"Axırıncı dəfə 50 manat borc istəmişdi..." İntihar edən Mövludla bağlı bu sözlər ÜRƏK PARÇALADI

Xəbər verdiyimiz kimi, gənc yazar Mövlud Mövlud bu gecə intihar edib.

Jurnalist Seymur Kazımlı mərhum yazarla bağlı status paylaşıb. Onun sözlərini təqdim edirik:

"Fevralın 22-də Mövlud zəng edərək 50 manat borc pul istədi. Görüş təyin etdik və görüşdük. Əlində yazıçı Sabir Əhmədlinin kitabı var idi, kitabı alıb baxdım. Mövlud gülə-gülə kitabı göstərib "heç olmaya bu kişini tanıyırsan" deyə sual verdi və mən onun sualını cavablandırmaq istəyəndə o, "tanıyarsan siz tərəfdəndir" dedi.

Söhbətə Sabir Əhmədlidən başladıq. Mövludla yaxşı zarafatım var idi. Demək olar ki, bir saatdan çox söhbətləşdik, deyib güldük. Arada Mövlud "çox danışarıq pul yaddan çıxar ha" deyirdi. Bir az da gəncliyin ağır duruma düşməsindən gileyləndi.

Söhbətimizi bitirəndən sonra pulu Sabir Əhmədlinin kitabının arasına qoyub kitabı Mövluda uzadanda, o "pulu götür, öz əlinlə ver" dedi. Elə etdim. Sağollaşıb ayrıldıq. 3-4 addım gedəndən sonra geri çevirilərək "narahat olma, maaşımı alan kimi qaytaracam" dedi və getdi...

Mövlud şən, zarafatçıl, istedadlı, qürurlu adam olmaqla yanaşı həm də kövrək adam idi, haqsızlıqları qəbul edə bilmirdi. Elə olub ki, yazılarında yazdığı mövzuları danışıb ağlayırdı. Mövlud hərdən zarafatla "məni bir dəfə öldürüblər, sonra dirilmişəm" deyərdi. Kaş ki, yenə dirilə biləydi..."

Xəbər lenti