Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Z.Rəsulovun vəkili Rafiq Miriyev bildirib ki, Z.Rəsulova qarşı istintaq tərəfindən düzgün ittiham verilməyib:
“Belə ki, Zamin Rəsulovun əməlində xüsusi amansızlıq, əzab, işgəncə predmeti yoxdur”.
Vəkil deyib ki, Z.Rəsulovda psixi xəstəliyin əlamətləri var və yaddaş pozğunluğu keçirib:
“Hesab edirəm ki, bütün bunları nəzərə alaraq, məhkəmə onun barəsində ədalətli qərar çıxaracaq”.
Z.Rəsulov son sözünü deyib və hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Z.Rəsulov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Natəvanı qızının gözü qabağında bıçaqla qətlə yetirib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub