Qax rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Mynews.az bildirir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Zərnə kəndi ərazisindən keçən hissəsində olub.
Yerli sakin Elbrus Əfəndiyev idarə etdiyi "34-BG-126" dövlət qeydiyyat nişanlı "VAZ-2109" markalı avtomobillə Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə sürücünün həyat yoldaşı Həyat Əfəndiyeva aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzaya səbəb olan at bundan əvvəl həmin yolla hərəkətdə olan "Ford" markalı avtomobilin qarşısına da çıxıb və maşın nəticədə yoldan çıxaraq aşıb.
Sonuncu qəza zamanı heyvan hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub