Cəlilabad rayonunda yol qəzası baş verib.
Mynews.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR markalı yük maşını yolun kənarında dayanmış "Jiquli" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobil yolun kənarına aşıb. Minik avtomobilinin sürücüsü, Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Ramin Yunis oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə ilkin səbəb kimi hava şəraitinin dumanlı olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub