Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Şahmar Bəyəlizadənin vəkili Rəna Məmmədova təqsirləndirilən şəxslərin müttəhim kürsüsündə qolu qandallı oturmasına etiraz edib.
Məhkəmə verilən vəsatəti təmin edib və həbsdə olan şəxslərin qolundakı qandal açılıb.
Sonra digər vəkil vəsatətlə çıxış edərək məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Prosesdə F.Laçın Etibar Məmmədova verdiyi açarın qatardan qaçmaq məqsədilə alındığından xəbərsiz olduğunu deyib:
“Etibar açarı qəfəs açmaq üçün istəyirdi. Mənə belə demişdi”.
Proses oktyabrın 29-dək təxirə salınıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub