Bakıda 30-a yaxın ağac aşaraq fəsadlar törədib.
Mynews.az xəbər verir ki, bunu olaraq Trend-ə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, hadisə baş verən yerlərə işçi qüvvəsi cəlb olunub:
“Ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın budaqlarının sınması və aşması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar oradan götürülüb”.
Şöbə rəisi qeyd edib ki, qurum ötən gecədən etibarən gücləndirilmiş iş rejiminə keçib:
“Bitkilərin mühafizəsi idarəsinin 30-a yaxın əməkdaşı gücləndirilmiş iş rejiminə keçib. Onlar ötən gecədən iş başındadırlar”.
Qeyd edək ki, aşan ağacların bir neçəsi yaxınlıqda park edilən avtomobillərə də ziyan vurub.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub