Bakıda kafedə kişi döyülərək öldürülüb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad" kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.
E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub