Bu ilin 9 ayı ərzində paytaxt ərazisində 430 yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, qəzalar nəticəsində 147 nəfər həlak olub, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb.
Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub